Axtar

Şaban ayında oruc tutmağın savabı

  • Paylaş:
Şaban ayında oruc tutmağın savabı

Şəban ayında oruc tutmaq çox böyük savab və fəzilətə malikdir. Bu ay “Rəsulullahın (s) ayı” kimi tanınır və Əhli-beyt (ə) tərəfindən xüsusi vurğulanıb.

Bu barədə Məsumlardan (ə) çox sayda hədislər nəql edilib. Həmin hədislərdən bəzisini aşağıda gətiririk:

İmam Əli (ə) buyurur: “Kim Rəsulullahın (s) ayı olan Şəbandan bir gün oruc tutsa, behişt ona vacib olar.”

İmam Cəfər Sadiq (ə) buyurur: “Şəban ayı gəldikdə, Rəsulullah (s) öz səhabələrini oruca təşviq edərdi.”

İmam Zeynülabidin (ə) bu ayda xüsusi dua və ibadətə davam edər, xüsusilə salavatı çoxaldardı.

Şiə məzhəbinə görə Şaban ayında oruc tutmağın dəyər və savabı

Şiə məzhəbinə görə bu ayda oruc tutmaq:

Peyğəmbərə (s) məhəbbətin və itaətin nişanəsidir,

Günahların bağışlanmasına səbəb olur,

Ramazana mənəvi hazırlıqdır,

Qiyamət günü Peyğəmbərin (s) şəfaətinə yaxınlaşdırar,

Qəlbi saflaşdırar, təqvanı artırar.

Bu ayda oruc tutmaq üçün Xüsusi günlər

Şəbanın 15-i – İmam Məhdi (ə.f)-in mövludu
Bu gün və gecə oruc, dua və ibadət çox böyük savablıdır.

Bütün ay boyunca, hətta bir gün oruc tutmaq belə fəzilətli sayılır.

Tövsiyə edilən əməllər

Oruc tutmaq,

Çoxlu salavat demək,

Tövbə və istiğfar,

İmam Zeynülabidinin (ə) Şəban duasını oxumaq.

Hazırladı: Hacı Elçin Əliyev