Axtar

Misirdə beynəlxalq Quran müsabiqəsi keçiriləcək

  • Paylaş:
Misirdə beynəlxalq Quran müsabiqəsi keçiriləcək

Darul-Maarif saytının verdiyi xəbərə görə, bu tədbirdə İslam dünyasında cazibədar və təsirli qiraətləri ilə tanınan misirli qiraətçilər yad ediləcək.

Bundan əlavə, builki müsabiqədə əlillər və Quran təmayüllü ailələr üçün xüsusi kateqoriyalar yer alacaq.

Qeyd edək ki, 26-cı Misir Beynəlxalq Quran Müsabiqəsi Şeyx Mahmud Xəlil Əl-Husari adına, 27-cisi isə Əbdül-Basit Əbdüs-Səmədin adına keçirilib.

Bu yarışlar Misirin böyük Quran qari və hafizlərinin xatirəsinə və adlarına ehtiram göstərmək məqsədilə təşkil olunub.