Məscidül-Həram Dini İşlər İdarəsinin səyləri ilə keçən cümə günü zəvvarlar üçün ilk Quran hifzi və qiraəti müsabiqəsi başlayıb.
“PressBee”-nin verdiyi məlumata görə, bu yarışlar zəvvarlar tərəfindən böyük maraqla qarşılanıb və orada minlərlə insan iştirak edib.
Müsabiqənin məqsədi Kəbə ziyarətçiləri üçün Qurani-Kərim və mənəvi maarifləndirmə mühiti yaratmaq, zəvvarların Quranla əlaqəsini gücləndirmək, Quranın mesaj və təlimlərini yaymaq kimi elan edilib.
Davam edən yarışma Quranı bütövlükdə əzbərləmək, Quranın yarısını əzbərləmək, Quran tilavəti və təlimi kimi kateqoriyalar üzrə təşkil olunur.
Bu Quran tədbiri həm də bu mənəvi səfərdə ən yaxşı Quran oxuyan zəvvarları tanımaq və onlara hörmət etmək məqsədi daşıyır.