“İsra” ərəb dilindən tərcümədə gecə səfəri deməkdir. Həzrət Mühəmməd Peyğəmbərin (s) merac gecəsində vəhy mələyi Cəbrailin (ə) müşayiəti ilə, Büraq adlı miniyin tərkində Məkkədən Qüdsə (Məscidül-həramdan Məscidül-əqsaya) səfər etməsinə deyilir. İsra hadisəsi meracın müqəddiməsi sayılır. Çünki bundan sonra Peyğəmbər (s) səmaya qalxmış və merac hadisəsi gerçəkləşmişdir. Qurani-Kərimin “İsra” surəsinin (17-ci surə) ilk ayəsində bu hadisə təsvir edilir: “Bəzi ayələrimizi göstərmək üçün bəndəsini (Peyğəmbər əleyhissəlamı) bir gecə (Məkkədəki) Məscidül-həramdan ətrafını mübarək etdiyimiz (bərəkət verdiyimiz) Məscidül-əqsaya (Beytülmüqəddəsə) aparan Allah pak və müqəddəsdir. O, doğrudan da, (hər şeyi) eşidəndir, görəndir!”
Merac hadisəsindən danışılarkən xatırladılan “isra” sözünün mənası nədir?
