Axtar

Həzrət Məhəmməd Peyğəmbərin (s) oğlu İbrahimin dəfni zamanı baş vermiş günəş tutulmasının dini mənası var idimi?

  • Paylaş:
Həzrət Məhəmməd Peyğəmbərin (s) oğlu İbrahimin dəfni zamanı baş vermiş günəş tutulmasının dini mənası var idimi?

Həzrət Məhəmməd Peyğəmbərin (s) Mariya adlı misirli qadından olan oğlu İbrahim hicri 10-cu (miladi 631-ci) ildə 2 yaşına çatmadan vəfat etdi. Onun 15, 18 və ya 22 ay yaşadığı rəva­yət edilir. İbrahimin dəfni zamanı birdən-birə Günəş tutuldu. Mövhumatçı şəxs­lər bu hadisəni be­lə yozdular ki, guya Günəş İbrahimin ölü­münə görə tutulub və təbiət bu yolla öz matəmini bildirir. Peyğəmbərimiz bu şayiəni eşidən kimi müsəlmanları məscidə toplayıb başa saldı ki, Gü­nəşin və Ayın tutulması Allahın əmri ilə baş verən təbiət hadisəsidir, insanların ölümü ilə bunun arasında heç bir əlaqə yoxdur. Beləliklə, İbrahimin dəfni ilə gün tutulması arasında əlaqə olmadığı müsəlmanlara aydın oldu.