“Akaz” qəzetinin verdiyi məlumata görə, Nazirlik Ümrə zəvvarlarının giriş üçün son tarixinin 13 aprel 2025-ci il, zəvvarların son yola düşməsinin isə 29 aprel 2025-ci il olduğunu açıqlayıb.
Bundan əlavə, Həcc vizası istisna olmaqla, hər hansı növ vizası olanların 29 aprel 2025-ci il çərşənbə axşamından etibarən Məkkəyə girişi və yaşaması qadağandır.
Səudiyyə Ərəbistanının bu hərəkəti Həcc ziyarətinə gələn zəvvarların sağlamlığını təmin etmək üçün həyata keçirilən xüsusi tədbirlərdəndir.
Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi mövzu ilə bağlı verdiyi açıqlamada, 23 Aprel 2025 Çərşənbə günündən etibarən Səudiyyə Ərəbistanında yaşayan qeyri-Səudiyyə vətəndaşlarının müvafiq qurumların icazəsi ilə Məkkəyə daxil ola biləcəklərini və icazəsiz şəhərə girişlərinin qadağan ediləcəyini açıqlayıb.
Giriş icazələri yalnız Məkkədə yaşayış yeri kimi rəsmi qeydiyyatdan keçmiş və ya etibarlı Həcc icazəsi və ya Səudiyyənin ziyarət yerlərində işləmək üçün icazəsi olan şəxslərə verilir.
Ümrə üçün icazələr NUSUK platforması vasitəsilə alınır və digər viza sahiblərinin (Həcc istisna olmaqla) girişi 29 Aprel Çərşənbə axşamı günü dayandırılacaq və 10 İyun 2025-ci il Bazar ertəsi gününə qədər davam edəcək.
Səudiyyə Ərəbistanının Həcc Nazirliyi həcc xidməti göstərən bütün qurum, təşkilat və şirkətləri qeyd olunan qaydalara əməl etməyə çağırıb və onları pozanların qanuni sanksiyalarla üzləşəcəyi ilə bağlı xəbərdarlıq edib.