“Vas” xəbər agentliyinin verdiyi məlumata görə, konfrans, könüllülük fəaliyyəti, izdihamın idarə edilməsi və təhlükəsizlik strategiyaları sahələrində çoxlu ekspertlərin iştirakı ilə keçiriləcək və Vəhy diyarına zəvvarlara göstərilən xidmətlərin keyfiyyətinə nəzarət və monitorinq sahəsində iştirakçıların bacarıqlarını təkmilləşdirmək məqsədi daşıyır.
Konfransın məqsədi Kəbənin qonaqlarına xidmət göstərilməsi ilə bağlı mədəni, dini, tarixi məlumat və digər istiqamətlərdə iştirakçılara təlimlərin keçirilməsidir.
Bu konfrans Həcc mərasimində iştirak edən zəvvarların idarə olunması, könüllülərin hazırlanması, təhlükə və yanğınlara qarşı təhlükəsizlik strategiyaları, ilk yardım, Mədinənin xüsusi yeri kimi mövzuları əhatə edir.