“Əlcampis”-in verdiyi məlumata görə, təxminən 68 milyon İsveç kronuna (1,1 milyon dollar) başa gələn bu mərkəz 10 min kvadratmetr ərazini əhatə edir və 3 min 500 nəfərin eyni anda ibadət etməsi üçün nəzərdə tutulub. Layihənin tamamlanması isə üç il çəkib.
Layihə rəsmiləri bildiriblər ki, bu layihə tamamilə İsveçdəki fərdi şəxslər və şirkətlər tərəfindən edilən ianələrlə maliyyələşdirilib.
Mərkəzin direktoru Mahmud Kaviş verdiyi müsahibədə bildirib ki, İsveçdə müsəlmanların sayı artdıqca və fəaliyyətləri daha da müxtəlifləşdikcə, onlar təkcə dar və əlverişsiz zirzəmilərdə ibadət etməklə kifayətlənməməli, tanınmış dini, hüquqi və demokratik qurumlara sahib olmalıdırlar.
İslam Mərkəzinin rəsmilərinin sözlərinə görə, yeni mərkəzin rəsmi açılışı şənbə günü Helsingborq bələdiyyə başçısı və müavini, İsveç parlamentinin bir neçə üzvü və müxtəlif şəhərlərdən gəlmiş insanların iştirakı ilə baş tutub.