Bu söz ərəb dilində “fətva” kəlməsindən götürülüb. Din alimlərinin (müctəhidlərin) şəriətlə bağlı məsələlərə verdiyi yazılı və ya şifahi cavablara fətva deyirlər. Müsəlmanlar qarşılarına çıxan çətin halları həll etmək və cavabını bilmədikləri məsələləri öyrənmək üçün müctəhidlərə suallar ünvanlayırlar. Bu suallar bəzən əyani görüş zamanı şifahi şəkildə müctəhidin özünə və ya yazılı şəkildə onun ofisinə verilir. Keçmişdə müctəhidlər, onlara göndərilən suallara çox zaman özləri şəxsən cavab yazırdılar. Bölgələrdəki dindarlar da onların nümayəndələrinə müraciət edirdilər, nümayəndə bildiyi sualın cavabını verir, bilmədiyini də müctəhidə məktub yazmaqla öyrənib həmin adamam çatdırırdı. Hazırda müctəhidlərin nəzdində fətva şuraları fəaliyyət göstərir. Onlar müctəhidin ofisinə və rəsmi saytına göndərilən sualları müstəhidin risaləsinə və digər kitablarına əsasən cavablandırırlar. Dəqiqləşdirmə tələb edilən suallar müctəhidin özünə şəxsən verilir və ondan cavab alınaraq sualın sahibinə göndərilir. Bu prosesə dini terminologiyada “istifta” deyirlər.
“İstifta” nə deməkdir?
