“Xəliç Times” saytının verdiyi xəbərə görə, məscid Şarcə hökmdarı Sultan bin Məhəmməd Əl Qasimi tərəfindən əmirliyin ən böyük məscidi olaraq açılıb və 25 mindən çox adamı qəbul etmək gücünə malikdir.
Məscidin yaradılması və açılışını qeyd etmək üçün üzərində Qurani-Kərimdən bir ayəsi olan biri qızıl, biri gümüş olmaqla iki sikkə Əmirliyin Mərkəzi Bankı tərəfindən çap edilib və dizaynı Şarcə İslam Bankı tərəfindən hazırlanıb.
Tikintisi 300 milyon BƏƏ dirhəminə başa gələn məscid yaşıl sahələr və müxtəlif hissələr də daxil olmaqla 190 min kvadratmetr ərazini əhatə edir.
2014-cü ildə başlanan məscidin tikintisinə Şarcə hökmdarı şəxsən nəzarət edib.
Müasir İslam memarlığının şah əsəri olan məscid bütün əzəməti ilə göz qamaşdırır.
Şarcə məscidi təkcə ibadət yeri deyil, mədəni-ictimai mərkəz olmaqla yanaşı, həm də çoxlu islami qaynaq və əsərlərdən ibarət kitabxanaya malikdir.
Bu ibadət ocağında qocalar üçün 100 əlil arabası, iki dəstəmaz alma yeri, suvenir mağazası, muzey və müxtəlif fəvvarələr var ki, bu da ziyarətçilər və İslami məkanlarla maraqlananlar üçün aram bir atmosfer təmin edir.
Məscidin dayanacağı 2200-dən çox avtomobil tutumuna malikdir və məscidin ətrafında gəzmək və araşdırmaq istəyənlər üçün ərazi nəzərdə tutulub.
Şarcə məscidinin tikintisi beş il çəkdi. 2019-cu ilin Ramazan ayının ilk cümə günü açıldı.
Bu Əmirlik məscidi ənənəvi İslam üslubunu müasir memarlıq elementləri ilə birləşdirən unikal müasir memarlığa malikdir. Divarları və tavanları bəzəyən incə detalları və ornamentləri ilə seçilir.
Üzərində Quran ayələri yazılmış iki sikkənin dizaynı və çapı
Bu ibadət ocağında Quran kitabələri, ərəb xəttatlığı ilə çəkilmiş yaradıcı rəsmlər, taxta konstruksiyalar və həndəsi ornamentlər orijinal İslam sənətinin təzahürünü əks etdirir.
Bu məsciddə müxtəlif ölçülü 81 günbəz var. Məscidin diametri 27 metr, hündürlüyü 45 metr, baş günbəzin hər iki tərəfində hər birinin hündürlüyü 75 metr olan iki minarə var.
Məscidin dörd ictimai girişi var: İkisi qadınlar üçün, biri mühüm şəxslər üçün, biri isə avtobuslar üçün.
Məscid həmçinin öz qapılarını qeyri-müsəlman ziyarətçilərin üzünə açır, onlara xüsusi gəzinti yolları və tur zonaları ilə yaxşı və maarifləndirici təcrübə təklif edir.
Şarcə məscidi tolerantlıq və mədəniyyətlərarası ünsiyyət dəyərlərini özündə əks etdirir, ənənəvi iris, müasirliklə birləşdirir.
İslami bayram və günlərdə məscidin muzeyi, suvenir mağazası, yeməkxanası, fəvvarələri və yaşıllıq sahələri hər zaman hər kəsin üzünə açıqdır.
Məscidin daxili sahəsi 5 min kvadratmetrdir və onun açıq ərazisində 13500 nəfər eyni vaxtda namaz qıla bilər.
Bu məscidə gələnlər İslam memarlığının əzəməti və orijinallığına heyranlıqla bu ibadət yerini tərk edirlər.