“Əl-Cəzirə” telekanalının verdiyi məlumata görə, Hollandiya Azadlıq Partiyasının (PVV) keçmiş deputatı və ifrat sağçı Geert Wilders-ə ən yaxın simalardan biri olan Joram Van Klaveren İslam əleyhinə baxışlarının necə dəyişdiyini və müsəlman olmaq prosesində yaşadıqlarını izah edib.
“Mən Xristianlıqdakı yaradıcı fenomeni ilə İslamdakı yaradıcı fenomeni arasında müqayisə apardım və sonda müsəlman inancının xristian inancından daha məntiqli olduğunu gördüm”- deyə Joram Van Klaveren dedi.
1979-cu ildə Amsterdamda Kalvinist kilsəyə bağlı dindar bir protestant ailəsində doğulduğunu bildirən Klaveren, universitetdə dinlərin müqayisəli tarixini oxuduğunu və gəncliyindən bəri fərqli inanc sistemləri ilə maraqlandığını söylədi.
Xristianlıqla bağlı suallarına cavab axtararkən universitetə başladığını qeyd edən Klaveren, “11 sentyabr hücumları universitetə getdiyim ilk gündə baş verdi. Bu hadisə mənim müsəlmanlara qarşı fikirlərimi təsdiqlədi. Daha sonra məşhur kinorejissor Teo Van Qoq ona "cihadçı" deyən şəxs tərəfindən öldürülüb. O zaman mən bu insanların “dəli” olduğunu düşündüm. Mən bir şey etməli idim. Beləliklə, mən Azadlıq Partiyasına qoşuldum” deyə bildirdi.
Klaverinin dönüş nöqtəsi 2014-cü ildə İslam əleyhinə kitab yazmağa başladığı vaxt olub. Lakin araşdırması ona gözlənilməz sürprizlər gətirdi.
İslami mənbələrdən Klaveren, Həzrət Məhəmməd (s) haqqında əldə etdiyi məlumatların onun üçün gözlənilməz olduğunu, xüsusilə o Həzrətin Ühüd döyüşündə əmisi Həmzəni öldürən Hind ibn Utbəni bağışlamasından çox təsirləndiyini dilə gətirib.
Klaverin İslamı qəbul etdiyini 2019-cu ilin oktyabrında “Xristianlıqdan İslama” adlı yeni kitabının naşirləri ilə şam yeməyində məscid imamları və jurnalistlərin izdihamı qarşısında elan etdi.