İslam İncəsənəti şöbəsinin müdiri Yasir Əl-Zubeydi, sərgi salonlarının qonaq və ziyarətçilərin qəbulu üçün hazırlandığını və sərgidə İslam mövzulu müxtəlif incəsənət və rəsm kolleksiyalarının yer aldığını bildirib.
Sərgidə İraq şəhidlərinin fədakarlıqlarını əks etdirən fotopannolara həsr olunmuş xüsusi bölmə də var.
Sərgidə ərəb xəttatlığının da mühüm yer tutacağını bildirən Zübeydi, bu bölmədə İslam rəsmləri və əlyazmaları ilə yanaşı, müqəddəs məkanda İslam memarlığını əks etdirən nadir bədii ornamentlərin də sərgilənəcəyini qeyd edib.
Sərginin bir bölməsində İran, Livan və Pakistandan gətirilən gözəl sənət əsərləri, həmçinin hərəmin xəzinələrindən köhnə və qiymətli rəsmlər nümayiş etdiriləcək. Bu sərgi İslam sənəti irsini öyrənmək və tanımaq üçün bir fürsətdir.
Nəcəfdəki İmam Əli (ə) hərəmində hər il Qədir bayramı münasibətilə müxtəlif proqramlardan ibarət Beynəlxalq Qədir Həftəsi keçirilir.
Bu il 14-cü dəfə keçirilən tədbirdə ilk dəfə olaraq İraqın daxilində və xaricində yeni proqramlar təqdim olunacaq və beynəlxalq miqyasda dünyanın müxtəlif qitələrində xüsusi cədvəl üzrə müxtəlif fəaliyyətlər həyata keçiriləcək.