Axtar

Həzrət Əliyə (ə) məxsus olan Əbu Türab ləqəbinin mənası nədir?

  • Paylaş:
Həzrət Əliyə (ə) məxsus olan Əbu Türab ləqəbinin mənası nədir?

Əbu Türab ərəb dilindən tərcümədə “toz-torpaqlı, üst-başı toza bulaşmış adam” mənasını verir. İmam Əli ibn Əbu Talibin (ə) künyələrindən biridir. Bu ləqəb ona Həzrət Mühəmməd Peyğəmbər (s) tərəfindən verilmişdi. Əmmar ibn Yasirdən rəvayət edilir ki, hərbi yürüşlərin birində fasilə zamanı Əmmarla İmam Əli (ə) yerdə uzanıb dincəlirdilər. Bu zaman Peyğəmbər onların yanına gəlir və paltarı toza bulaşmış Əlini silkələyərək: “Ey Əbu Türab, qalx!” – deyə buyurur. Sonra Peyğəmbər Əli ibn Əbu Talibə (ə) gələcəkdə necə şəhid olacağı barədə danışır. Bu hadisədən sonra Əbu Türab künyəsi İmam Əlinin (ə) ən məşhur ləqəblərindən birinə çevrilir. Həm Peyğəmbər, həm də səhabələr onu çox zaman bu adla çağırardılar. Sonrakı dövrlərdə Əhli-beytin düşmənləri İmam Əli (ə) haqqında söhbət düşəndə bu künyəni təhqir əlaməti olaraq işlədirdilər. İmam Əlinin (ə) guya Fatiməyə (ə) qəzəbləndiyi zaman öz başına torpaq tökdüyü və buna görə Əbu Türab adlandığı barədə rəvayət də Əməvi rejiminin uydurmasıdır.