Quran təfsirlərinə görə, Yasin surəsinin 20-23-cü ayələrində haqqında danışılan şəxs Həbib adlı dülgərdir. O, Həzrət İsa Peyğəmbərdən (ə) bir qədər sonra Antioxiya şəhərində yaşamış və İsanın (ə) dininə iman gətirmişdi. Həzrət İsanın (ə) göndərdiyi təbliğatçılar həmin şəhərə gəlib çatdılar. Yerli əhali onları təkzib etdi, hətta peyğəmbərin elçilərini tutub öldürmək istədilər. Həbibin evi şəhərdən kənarda yerləşirdi. O, baş verənləri eşidəndə evindən çıxıb qaçaraq hadisə yerinə gəldi, öz həyatını təhlükəyə ataraq Həzrət İsanın (ə) elçilərini ölümdən qorumağa çalışdı. Kafir insanlar Həbibi öldürdülər. Həbib Nəccarın məzarı Türkiyənin Antakya (qədim Antioxiya) şəhərində ziyarətgahdır. Son illərdə şəhərdə baş vermiş zəlzələ nəticəsində məqbərə binası zədələnmişdir.
Həbib Nəccar kimdir?
