Axtar

Yapon gənc 20 yaşında İslam dinini qəbul edib

  • Paylaş:
Yapon gənc 20 yaşında İslam dinini qəbul edib

Atsusi müsəlman olduqdan sonra özünə yeni ad da götürüb – “Rza”. O, bu adı İmam Rzaya (ə) ehtiramən seçib.

O, İslam dini ilə bir neçə il öncə iranlı dostu Məsud Sepehrinin sayəsində maraqlanmağa başlayıb. Müsəlman dostu onu İslam dini və mədəniyyəti barədə məlumatlandırıb.

“Biz onunla pinəçinin (ayaqqabı ustasının) yanına gedən zaman məsciddən səslənən azan səsini eşitdik. Atsusi soruşdu ki, məscidə daxil ola bilərmi. Həmin andan onun İslama olan marağı da artmağa başladı“, – deyə Məsud xatılayır.

Bundan sonra yaponiyalı gənc öz dostu ilə dini mərkəzə gediblər və o, 3 gün ərzində bu dinlə bağlı bütün suallarını soruşub və onlara müvafiq cavabları alıb. 4-cü gün isə o, kəlmeyi-şəhadət gətirərək müsəlman olub.

O, daha öncə xristianlığı, yəhudiliyi və digər dinləri araşdırıb və bu araşdırmalarının sonunda İslam dinini seçib.

Atsusi artıq hər il bayramları – Qurban və Qədir-Xum bayramlarını, 14 məsumun (ə), Peyğəmbər (s) və Əhli-Beyinin (ə) mövlud günlərini, həmçinin məsumların (ə) şəhadət günlərini qeyd edir, Məhərrəm ayında əzadarlıq saxlayır.

“Mən ailənin yeganə övladıyam. Valideynlərim bütpərəst (buddist) olsalar da, mənim qərarımı dəstəklədilər və (artıq) onlar da İslam dini ilə maraqlanırlar“, – deyə o bildirib və bir gün ata-anasının da müsəlman olacağına ümidini ifadə edib.

O deyib ki, Yaponiyanın texnoloji inkişafına baxmayaraq, orada insanlar arasında mənəviyyat çatışmazlığı var və bu da insanların həyatını çətinləşdirir.

Rza əlavə edib ki, vətəni Yaponiyada olanda da bütün dini tədbirlərdə iştirak edir.

O, il ərzində pul yığdığını və həmin pulla tətilə çıxıb İrana gələrək buradakı Məhərrəm əzadarlıqlarında da iştirak etdiyini bildirib.

O, Aşura və İmam Hüseyn (ə) barədə danışarkən deyib ki, “bu, azadlıq dərsidir, heç kəs zülm altında yaşamamalıdır“.

O, Məşhədlə bağlı maraqlı bir xatirəsini də bölüşüb. Deyir ki, İslam dinini qəbul etməzdən öncə Məşhəddə olub və İmam Rza (ə) ziyarətgahında olarkən o Həzrətə (ə) bir məktub yazıb: “Sənin nurun hər yerdə saçır. O, mənə aramlıq verir və qayğı göstərir, hətta uzaq şərqdə belə, gözlərimi yumduqda onu hiss edirəm. O nur mənim qəlbimi paklayır. Mən Səndən ötrü darıxıram, ey İmam Rza (ə), yolumu öz nurunla işıqlandır“.