Niderlanddan olan gənc səyyah İslam dinini qəbul edib. Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, Maykl Ruppert 25 yaşında dünya səyahətinə çıxıb. O, 4 il ərzində 60 ölkədə olub. Səfəri zamanı minimal vəsaitdən istifadə edib və yerli sakinlərin evində qonaq olaraq qəbul edilib. Müsəlman ölkələrini gəzərkən onu qonaq qəbul edən ev sahiblərini insani münasibətlərini, rəftarlarını müşahidə edən Mayklda onların mənsub olduğu dinlə bağlı çoxlu suallar yaranıb: Qurani-Kərimdə nələr yazılıb, məscidə niyə gedirlər və orada nə edirlər, bayramları nə cür qeyd edirlər və s. İslam dini barədə məlumatlanmağa başlayan Mayklın bu dinə olan eşqi daha da artıb. Nəticədə o, kəlmeyi-şəhadət gətirərək müsəlman olub və öz səyahətinə artıq bir müsəlman olaraq davam edib.