Ərəfə xütbəsi Qurban bayramından bir gün əvvəl Ərəfə günü (zilhiccə ayının 9-u) səhər namazından sonra məscidlərdə oxunan duadır. Bu dua cümə xütbəsi kimi imamın oxuduğu dua və tövsiyələrdən ibarətdir və günün önəmini vurğulayır.
“Al Masry Al Youm” saytının verdiyi xəbərə görə, bu layihədən dünya üzrə 5 milyon müsəlman faydalanacaq.
Bu layihə qlobal mötədillik və təmkinlilik mesajını bütün dünya insanlarına çatdırmaq məqsədi daşıyır.
Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi də Həcc dövründə 11 fərqli dildə 24 saat xidmət göstərəcək zəvvarlara xidmət mərkəzinin hazır olduğunu və zəvvarların nəqliyyat, yerləşdirmə, yemək və içəcək kimi məsələlərlə bağlı sual, bildiriş və təkliflərinin ən qısa zamanda cavablandırıla biləcəyini bildirdi.
Çağrı mərkəzi ən son texnologiyalardan istifadə etməklə fəaliyyət göstərir və zənglərə orta cavab müddəti cəmi 41 saniyədir.
Bu mərkəz təkmilləşdirilmiş iş mühitinə, yenilənmiş əməliyyat sistemlərinə malikdir və zəvvarların gəlişdən əvvəldən yola salınana kimi səyahətlərinin hər mərhələsində ehtiyaclarını ödəmək üçün ixtisaslı və təlim keçmiş kadrlara malikdir.
Mərkəz ən çox verilən suallara 300-dən çox cavabı özündə əks etdirən geniş məlumat bazasına malikdir və bütün hesabatları diqqətlə izləyir və dərhal tədbir görülməsi üçün müvafiq orqanlara göndərir.