Həzrət Peyğəmbər (s) İmam Əlidən (ə) soruşur: “De görüm, ilk nemət ki, Allah səni onunla imtahana çəkmişdir və onun vasitəsilə sənə nemət vermişdir, hansıdır?”.
Həzrət Əli (ə) buyurur: “Məni xəlq etmişdir, o halda ki, heç zikr olunası deyildim”.
Həzrət Peyğəmbər (s) bu cavabı təsdiq etdi və buyurdu: “Düz deyirsən”.
Həzrətin nəzərində Allahın ilk məxluqu ağıl olmuşdur.
Bəs ağıldan sonra ən üstün nemətlər hansılardır?
1. Sağlam qəlb
İmam Əli (ə) buyurur: “Malın çoxluğu – nemətdəndir, ondan da üstünü – bədən sağlamlığıdır. Bədən sağlamlığından mühüm olanı – qəlbin təqvasıdır”.
2. Qəlbi Allaha təslim etmək
İmam Sadiq (ə) buyurur: “Allah Təala bəndəsinə, onun qəlbində Allahdan qeyrisinin yer tutmaması kimisı üstün nemət verməmişdir”.
3. Nübuvvət neməti
İmam Əli (ə) buyurur: “Sübhan Allahın göndərdikləri haqqın nümayəndələri – Allahla insanlar arasında xəbər gətirənlərdir”.
4. Vilayət neməti
İmam Sadiq (ə) buyurur: “Biz – hər bir yaxşılığın kökləriyik”.
