“Mübtəda” saytında yer alan xəbərə görə, aprelin 13-də keçirilən görüşdə Əl-Əzhər Universitetinin keçmiş rektoru İbrahim Əl-Hudhud, Qahirə Ərəb Dili Fakültəsinin keçmiş rektoru Salah Aşur və Misir Quran Radiosunun keçmiş prezidenti Rza Əbdüssəlam iştirak edirb.
Əl-Əzhər Məscidinin Elmi Fəaliyyətlər üzrə Baş Direktoru Əbdül-Munim Fuad bu görüşün Quran möcüzəsi ilə bağlı araşdırmalara yeni qapılar açdığını və Quran ayələrini təfəkkür etmək və onların mənaları üzərində düşünmək üçün mühüm fürsət olduğunu bildirib.
O əlavə edib ki, məclisin Məscidül-Əqsa ətrafında keçirilməsi iştirakçıların dini və mədəni şüurunun gücləndirilməsində təsirli olacaq və onları dini mətnlər üzərində dərin təfəkkürə dəvət edəcək.
Bundan əlavə, Əl-Əzhər məscidinin baş direktoru Hani Avdə görüşün təşkilindən məmnunluğunu ifadə edərək, İslam ümmətinin kimliyinin formalaşmasında Quran möcüzəsinin əhəmiyyətinə toxunub.
Avdə, Əl-Əzhər məscidinin elmli və maarifli cəmiyyətlərin yetişdirilməsi üçün cəmiyyətdə elmin artırılması üçün hər zaman fədakarlıqla çalışdığını və məsciddə təfsir məclislərinin təşkilinin bu məqsədə çatmaq üçün yeni bir addım olduğunu bildirib.
Hani Avdə deyib: “Bu görüşlər vaxtaşırı hər həftə bazar günləri keçirilir və bir qrup mütəxəssis akademik və ustad burada çıxış edir”.
Əl-Əzhər məscidinin baş direktoru əlavə edib ki, bu görüşlər zamanı iştirakçılar arasında açıq suallar və müzakirələr aparılaraq, müxtəlif mövzularda qarşılıqlı əlaqə və fikir mübadiləsi üçün imkan yaradılacaq.