Axtar

Əhli-beytin (ə) kəriməsi, Xanım Məsumə (s.ə)

  • Paylaş:
Əhli-beytin (ə) kəriməsi, Xanım Məsumə (s.ə)

Xanım Məsumə (s.ə),Elm, paklıq və ziyarət mədəniyyətinin simvolu

İslam tarixində xüsusilə şiə məzhəbində bəzi şəxsiyyətlər var ki, onlar təkcə tarixi fiqur deyil, həm də mənəvi örnək kimi qəbul olunur. Xanım Fatimə Məsumə (s.ə) bu şəxsiyyətlərdən biridir. O, İmam Museyi Kazımın (ə) qızı və İmam Rzanın (ə) bacısıdır.

Həyatı və ailə mühiti

Xanım Məsumə (s.ə) hicri 2-ci əsrin sonlarında Mədinədə, elm və təqva ilə tanınan bir ailədə dünyaya gəlmişdir. Onun atası şiələrin yeddinci imamı, İmam Musa Kazımdir (ə). Bu mühit onun həm dini biliklər, həm də əxlaqi dəyərlərlə böyüməsinə səbəb olmuşdur.

Xanım Məsumə (s.ə) uşaqlıqdan etibarən Quran, Fiqh və Hədis elmlərinə maraq göstərmiş, yüksək səviyyədə dini biliklərə sahib olmuşdur.

İmam Rzaya (ə) olan bağlılığı

İmam Rza (ə) Xorasan bölgəsinə aparıldıqdan sonra Xanım Məsumə (s.ə) qardaşına yaxın olmaq üçün Mədinədən səfərə çıxmışdır. Bu səfər onun həyatında mühüm dönüş nöqtəsi olmuşdur.

Rəvayətlərə görə, o, yolda ağır xəstələnmiş və Qum şəhərinə çatdıqdan sonra orada vəfat etmişdir.

Qum şəhərinin mənəvi mərkəzə çevrilməsi

Xanım Məsumənin (s.ə) Qumda dəfn olunması bu şəhərin İslam dünyasında xüsusi dini mərkəzə çevrilməsinə səbəb olmuşdur.

Şiə ənənəsinə görə, onun məqbərəsi elm mərkəziziyarətgah və mənəvi təmizlik məkanı kimi qəbul edilir.

Bu gün Qum şəhəri İslam elmlərinin əsas mərkəzlərindən biridir və bunun başlanğıcı Xanım Məsumənin (s.ə) burada dəfn olunması ilə əlaqələndirilir.

 “Məsumə” adı nə deməkdir?

“Məsumə” sözü “günahdan uzaq, pak” mənasını verir. Şiə mənbələrində onun yüksək mənəvi paklığına görə bu adla xatırlandığı qeyd olunur.

Bu, onun yüksək təqva sahibiAllah qorxusu olan və pak həyat yaşayan bir şəxsiyyət olduğunu göstərir.

Ziyarət mədəniyyəti

Şiə ənənəsində Xanım Məsumənin (s.ə) ziyarəti böyük mənəvi dəyərə malikdir. Həmin məkanı ziyarət edən insanlar orada dua edirmənəvi rahatlıq tapır və Allahla yaxınlıq hissi yaşayır.

İmam Cəfər Sadiqdən (ə) nəql olunan bir rəvayətdə Qum şəhərinin və orada dəfn olunanların xüsusi fəziləti vurğulanır.

Mənəvi mesajı

Şə məktəbinin düşüncəsinə əsasən xanım Məsumənin (ə.s) həyatı insanlara bir neçə əsas mesaj verir. O mesajlar aşağıdakılardan ibarətdir:

Elm və iman birlikdə olmalı, Ailə bağlılığının mənəvi dəyər olması, Paklıq və təqvanın insan üçün ən böyük sərvət olması və qadının da İslam tarixində yüksək mənəvi mövqeyə sahib ola biləcəyi olduqca önəmlidir.

Xanım Fatimə Məsumə (s.ə) şiə məzhəbində yalnız bir tarixi şəxsiyyət deyil, həm də elm, paklıq və mənəvi yüksəliş simvoludur.

Onun həyatı göstərir ki, həqiqi dəyər dünya mövqeyində deyil, Allah qarşısında paklıq və imanla ölçülür.