Axtar

Dünya artıq zülmlə dolubsa, bəs niyə İmam Mehdi (ə.f) zühur etmir?

  • Paylaş:
Dünya artıq zülmlə dolubsa, bəs niyə İmam Mehdi (ə.f) zühur etmir?

Bu suala cavab vermədən öncə, zühur sözünün mənasını açıqlamaq yerinə düşərdi. Bildiyimiz kimi bütün müsəlmanların inancına əsasən dünyanın sonuna yaxın bir zamanda, Allah-tala Məhdi adlı bir şəxsi insanların içərisinə göndərəcək və həmin şəxs dünyanı zülmlə dolduğu qədər, ədalətlə dolduracaq. Hədislərdə həmin şəxs dünyanın xilaskarı kimi tanınır. İslam dinindən başqa Xristian, Yəhudi, Zərdüşt və bəzi digər qədim dinlərin inanc və etiqadlarında, xilaskarın gəlişi haqqında məlumatlar var.  Əhli-beyt (ə) məktəbinin inancına əsasən həmin şəxs şiələrin12-ci imamı, həzrət Məhdidir (ə.f). Şiə məzhəbinin etiqadına əsasən İmam Məhdi (ə.f) sağdır, dünyada yaşayır, amma Allah hələ onun özünü insanlara tanıtmasını iradə etməyib. Ona görə də onu insanlar tanımır. “ İmam Məhdi qeybdədir” deyiləndə də, onun insanlar arasında tanınmamamsı, özünün imamlığını elan etməməsi nəzərdə tutulur. Zühur sözü isə, imamın (ə.f) insanlar içində aşkar olub, öz imamlığını elan etməsi mənasındadır.

Qayıdaq sualın cavabına. İlk olaraq bunu başa düşməliyik ki, imam Məhdinin (ə.f) zühuru təkcə “Zülmün çoxluğu” ilə məhdudlaşmır. Allah-tala onun insanlar arasında zahir olması üçün, bəzi şərtlərin eyni zamanda reallaşmasını iradə edib. Yəni imamın (ə.f) zühuru üçün bir neçə şərt var ki, onların hamısı birlikdə baş verməlidir ki, imam (ə.f) zühur edib, öz imamlığını bütün dünyaya elan etsin. Ona görə də dünyada sırf zülmün çoxalması, zühur üçün bütün şərtlərin hazır olması demək deyil.

Aşağıda bu suala ümumi olaraq cavab verəcəyik.

 

1. “Zülmün çoxluğu” tək şərt deyil

Rəvayətlərdə deyilir ki, zühur dünyanın zülmlə dolduğu vaxt baş verəcək. Amma bu, zühurun yeganə şərti kimi başa düşülmür. Çünki əgər sadəcə zülm kifayət etsəydi, tarix boyu çox ağır dövrlər də olub və həmin dövrlərdə zühur baş verərdi. Burada əsas məsələ, zülmün qlobal miqyası, insanların ədaləti şüurlu tələbi və alternativ sistemlərin iflasıdır. Yəni ümumi olaraq bütün dünyada vəziyyət elə olmalıdır ki, insanlar həqiqətən ədalətli bir rəhbərliyə ehtiyaclı olduqlarını hiss edib, bunu istəməlidilər.

 

2. İnsanlığın şüur səviyyəsi

Zühur yalnız zülmün artması ilə yox, həm də insanların düşüncə səviyyəsi ilə bağlıdır. İnsanlar haqqı tanımalı, ədalətin nə olduğunu anlamalı və onu qorumağa hazır olmalıdılar.

Əks halda, tarixdə olduğu kimi, haqq rəhbər gəlsə belə, yenə də insanlar tərəfindən qəbul edilməyə bilər.

Yəni insanlar şüur baxımından elə vəziyyətə gəlib çatmalıdılar ki, haqq olan lideri tanıyıb, onu qəbul edib və rəhbərliyini tələb etməlidilər.

 

3. Qeyb dövrü bir imtahandır

Bu dövr imanlı insanları imansızlardan ayırd etmək üçün ən yaxşı zamandır. Çünki Allah tərəfindən seçilmiş şəxsin insanlar arasında zahir olmadığı bir vaxtda, imanı qorumaq bir qədər çətindir. Peyğəmbər və imamları (ə), onların möcüzə və kəramətlərini görən halda Allaha etiqaq bəsləyib, onun yolu ilə getmək, indiki dövr ilə müqayisədə bir qədər asan idi. Ona görə də zühurdan öncəki dövr insanların imanını ayırd etmək üçün ən yaxşı fürsətdir.

Yəni zühurun gecikməsi bir növ iman və sədaqət sınağı kimi izah olunur və kimin həqiqətən ədalət tərəfdarı, kimin isə yalnız şüar verməsi məhz həmin dövrdə bəlli olacaq.

 

4. Zühur üçün hazır kadrlar məsələsi

Rəvayətlərdə qeyd olunur ki, İmamın  (ə.f)  yanında olacaq müəyyən sayda sadiq və yetkin insanlar olmalıdır. 
Bu insanlar , y üksək mənəvi səviyyədə , q orxusuz ,   ədalətli və f ədakarlığa hazır olmalıdır. Belə bir kütlə formalaşmadan qlobal dəyişiklik çətin olur.

 

5. İlahi zaman (hikmət)

Ən əsas cavablardan biri də budur ki, imam Məhdinin (ə.f) zühur etdiyi  zaman Allah tərəfindən müəyyən olunur. İnsan baxışına görə zülm çox ola bilər, amma ilahi baxışda hələ “ T am uyğun an” gəlməyib.

Q ısa  olaraq  desək, məsələ belə izah olunur ki, dünyada z ü lm   var amma   zülm zühur üçün  yet ə rli şə rt   deyil Çünki i nsanlıq hələ  zühura  tam hazır deyil .   Həmçinin bunu da bilməliyik ki, b u dövr bir imtahandır və z ühur ilahi hikmətə bağlıdır .

 

Qardabani Şəhərinin İmam Cüməsi, Hacı Elçin Əliyev