Axtar

Dinimizə görə cümə günü işləmək və pul qazanmaq günahdır?

  • Paylaş:
Dinimizə görə cümə günü işləmək və pul qazanmaq günahdır?

İslam ənənəsinə görə cümə günü müsəlmanların istirahət günüdür. Adətən, müsəlman ölkələrində həmin gün tətil olur, insanlar ailələri ilə vaxt keçirir, dincəlirlər. Cümə gününün özəl cəhətlərindən biri də həmin gün məscidlərdə cümə namazları qılınmasıdır. Cümə namazında iştirak etmək istəyən müsəlmanlar üçün də həmin gün işləməmək daha rahatdır. Lakin bu, cümə günü işləməyin və pul qazanmağın haram olması mənasına gəlməz. Digər dinlərdə həftənin bəzi günləri işləyib pul qazanmaq, hətta hər hansı işlə məşğul olmaq günah sayılır. Məsələn, yəhudilər həftənin şənbə günündə heç bir iş görməməyə çalışırlar. Xristianlar üçün də həftənin bazar günü işdən uzaq durmaq dini tövsiyədir. Bunlardan fərqli olaraq, müsəlmanların cümə günündə işləməməsi barədə qəti göstəriş yoxdur.