Axtar

Dinimizdə üzük taxmaq barədə əsas hansı göstərişlər var?

  • Paylaş:
Dinimizdə üzük taxmaq barədə əsas hansı göstərişlər var?

Dinimiz baxımından üzük taxmaq öz-özlüyündə icazəli və hətta müstəhəb (bəyənilən) əməldir. Qadınların hansı barmağa, hansı materialdan və hansı qaşlı üzük taxması barədə məhdudiyyət yoxdur. Çünki qadın təbiət etibarilə zinət əşyalarına meyillidir və xoşladığı bəzək əşyasını (naməhrəmə göstərmək məqsədi olmadan) taxa bilər. Kişilərin üzüyü ilə bağlı bəzi vacib və müstəhəb qaydalar mövcuddur. Əvvəla, kişilər üçün sağ əlin çeçələ və adsız barmağına üzük taxmaq ən çox bəyəniləndir. İkincisi, üzüyün özünün materialının gümüş olması daha çox bəyənilir. Kişinin qızıl üzük taxması – istər namazda, istərsə də adi vaxtlarda – qadağandır. Üçüncüsü, üzüyün qaşına gəlincə, dinimizin ən çox tövsiyə etdiyi qaşlar əqiq (bunun da ən yaxşısı Yəmən əqiqi və şərəfüş-şəms daşlarıdır), firuzə (ən yaxşısı Xorasan firuzəsidir), yaqut sayılır. Dəmir üzük taxmaq bəyənilmir. Dördüncüsü, üzüyün üzərində müqəddəs yazılar (Allahın, Peyğəmbərin və ya imamların adı, Quran ayəsi, dua və s.) yazılıbsa, ona dəstəmazsız və qüslsüz toxunmaq, ayaqyoluna gedərkən barmaqda saxlamaq olmaz, həmin üzüyün ehtiramını qorumaq lazımdır.