Axtar

Dinimiz evlənən şəxslərin yaş və s. baxımından fərqi barədə nə deyir?

  • Paylaş:
Dinimiz evlənən şəxslərin yaş və s. baxımından fərqi barədə nə deyir?

Dinimizdə evlənən tərəflərin bir-birinə tay olması xüsusi şəkildə təkid edilir. Bu, dini kitablarda “küfüv”, yəni tay, uyğun adlandırılır. Evlənənlərin həm psixoloji və əqli, həm də sosial və iqtisadi baxımdan bir-birinə uyğun olması məsləhətdir. Sosial araşdırmalar və təcrübələr göstərir ki, bu uyğunluğa məhəl qoyulmadan qurulan ailələr adətən möhkəm və uzunömürlü olmur, tez dağılır. Evlənənlərin yaş baxımından da bir-birinə tay və uyğun olmaları lazımdır. Tarixdə bunun əksini göstərən nümunələr çox olsa da, bunlara tarixi kontekstdə baxmaq lazımdır. Hər dövrün və cəmiyyətin özünəməxsus cəhətləri vardır, bu xüsusiyyətlər yüzilliklər ərzində və ya coğrafi mövqedən asılı olaraq ciddi şəkildə dəyişə bilər. Müsəlmanlar dövlət daxilində yaşadıqları üçün mövcud qanunlara da mütləq riayət etməlidirlər. Buna görə də ailə quranların yaş məsələsi həm mövcud qanunvericiliyə, həm də milli mentalitetə və ictimai mövqeyə uyğun şəkildə nizamlanmalıdır.