Axtar

Dini mətnlərdə adına rast gəlinən Zirar məscidi hansıdır və bu məscidin sonrakı taleyi necə olub?

  • Paylaş:
Dini mətnlərdə adına rast gəlinən Zirar məscidi hansıdır və bu məscidin sonrakı taleyi necə olub?

Mədinə münafiqləri özlərinə qərargah yaratmaq məqsədi ilə hicri 9-cu (miladi 630-cu) ildə Təbuk səfərindən əvvəl Mədinənin girəcəyindəki Qüba məntəqəsində məscid tikmək üçün icazə istədilər. Peyğəmbər cavabı Təbuk səfərindən qayıdandan sonra verəcəyini söylədi. Lakin münafiqlər bu sözə qulaq asmayıb məscidi tikdilər. Peyğəmbər Təbuk səfərindən qayıtdıqdan sonra ondan xahiş etdilər ki, yeni məscidi ziyarət edib orada namaz qılsın. Bu zaman Peyğəmbərə nazil olan ayələrdə münafiqlərin tikdiyi bina “zirar məscidi” yəni “zərərli məscid” adlandırıldı (Tövbə, 107-108). Peyğəmbər dərhal müsəlmanlara əmr verdi ki, oranı uçurub yerlə-yeksan etsinlər. Müsəlmanlar zirar məscidini dağıdıb yandırdılar.