Bəni-Xədaş şəhəri Quran hafizlərinin çoxluğuna görə məşhurdur. Bu şəhərdə təkcə kişilər deyil, çox sayda qadınlar da Quranı əzbərdən bilirlər.
Bu şəhərdə qadın Quran hafizlərinin sayı 250 nəfər civarındadır və onlardan 10 nəfəri bu yaxınlarda Tunis Quran Cəmiyyətinin nəzarəti altında Quran hifzini başa vurublar və onlara hafizlik barədə sertifkat verilib.
Bəni-Xədaş şəhəri Tunisin cənub-şərqində dağların qoynunda bir şəhərdir və el arasında "Sakit şəhər" adı ilə məşhurdur.
Bu şəhər həm də "Quran hafizləri şəhəri" olmaqla da məşhurdur. İndiyədək bu şəhərin Quran mədrəsələrindən 500 nəfərdən çox kişi, qadın və uşaq Quran hifzi məzunu olublar.
Bəni-Xədaş şəhərinin məzunu olan ruhanilər Tunisin müxtəlif əyalətlərindəki 400 məscidində camaat imamı vəzifəsini yerinə yetirirlər.
Bundan əlavə Bəni-Xədaş şəhəri qədim mədəniyyət və incəsənət abidələri və tarixi əsərlərlə də zəngindir. Şəhərin "Əlulə" came məscidi də İSESCO-nin İslami irs siyahısında qeydə alınmışdır.
Bu şəhərdə Quran hifzi bəzi ailələrdə irsidir və nəsildən nəsilə miras qalmışdır.
Şəhər əhalisi məscidlərdə toplaşır, Quranı hifzdən tilavət edirlər. Uşaqlar da onlardan təcvid və tərtil ilə oxumağı öyrənirlər.