Adil Tovfiq Misirin Əl-Cizə əyalətindəki Əl-Ayyat şəhərində 55 yaşlı bələdiyyə işçisidir. Onun küçədə dincələn zaman Quran oxuması səhnəsi yoldan keçənlərin marağına səbəb olub.
Onun küçədə dincələn zaman Quran oxuması səhnəsi yoldan keçənlərin marağına səbəb olub. O, deyir ki, xalqımız bilməlidir ki, gündəlik Quran tilavəti həyatımıza təsir edir. Onu təkcə Ramazan ayına həsr etmək doğru deyil. Əlbəttə ki, Quran oxumaqdan daha vacib olan Quran ayələri üzərində düşünmək və ona əməl etməkdir. Belə ki, Quranı həyatımızın rənginə çevirib, hər ayənin məqsədini və ayənin sözlərini anlamağa çalışmalıyıq.
Adil dayı deyir ki, tez-tez yaşadığı şəhərin din xadimlərinin yanına gedir və Qurani-Kərimdən anlamadığı hər şeyi ona izah etmələrini xahiş edir.