Şəvval ayının 8-i – vəhhabi vandalları tərəfindən Bəqi qəbiristanlığının dağıdılmasının ildönümüdür. Hicri-qəməri 1344-cü (miladi 1925-ci) il tarixində vəhhabi vandalları tərəfindən Bəqi qəbiristanlığının dağıdılması 20-ci əsrin böyük cinayətlərindəndir. Bəqi qəbiristanlığı Mədinə şəhərində Məscidün-Nəbinin qarşısında yerləşir. “Bəqi” ərəb dilindən tərcümədə “bol ağac bitən və ya ağac kökləri ilə dolu olan ərazi” deməkdir. Müqəddəsliyinə görə bura Cənnətül-Bəqi də deyirlər. Bəqi qəbiristanlığı İslamdan əvvəldə Yəsrib camaatının qəbiristanlığı idi. Burada Peyğəmbərin (s) oğlu İbrahim, qızları Ümmü-Külsum, Zeynəb, Ruqəyyə, Ühüd döyüşündə şəhid olanlar və digər səhabələr – o cümlədən, Abdullah ibn Məsud, Peyğəmbərin (s) əmisi Abbas ibn Əbdülmüttəlib, Həzrət Peyğəmbərin (s) süd anası Həlimə binti Əbu Züeyb, İmam Əlinin (ə) anası Fatimə binti Əsəd və başqaları dəfn olunmuşdur. Bu məkanda dörd imamın: İmam Həsən (ə), İmam Səcccad (ə), İmam Muhəmməd Baqir (ə) və İmam Cəfər Sadiqin (ə) də qəbirləri yerləşir. Tarixən Bəqi qəbiristanlığının uçurulması iki dəfə baş verib. Birinci dəfə 1800-cü ildə (hicri 1221-ci il) vəhabi qüvvələri Əbdüləziz ibn Səudun başcılığı ilə Mədinə şəhərini uzun müddət mühasirədə saxladıqdan sonra əhalini kütləvi qətlə yetirdilər. Əbdüləziz ibn Səud Bəqidəki qəbirlərin uçurulması əmrini verdi. Osmanlı xəlifəsi öz valisi Məhəmməd Əli paşaya Hicazı vəhhabi hakimiyyətindən azad etməyi əmr edir. Hicri tarixi ilə 1227-ci ildə vəhhabilər məğlubiyyətə uğrayırlar. Bundan sonra əhali mübarək məkanları yenidən bərpa edir. İkinci dəfə isə hicri 1925-ci ildə (hicri 1344-cü il şəvval ayının 8-i ) ibn Səud sülaləsi yenidən hakimiyyətə gəlir. Həmin il Şeyx Abdullah özünün baş qazisini Süleyman ibn Bülheydəni Mədinəyə və Hicaza alimlərdən məqbərələrin uçurulması razılığını almaq uçun göndərir. Onların bir coxu canlarının qorxusundan cavab vermir. Bəziləri isə razılıqlarını bildirirlər. Vəhhabi vandalları Mədinə şəhərində və şəhərdən kənarda olan günbəzləri və zərihləri, o cümlədən məsum İmamların (ə) məqbərələrini uçurdurlar. Hazırda da həmin qəbirlər dağıdılmış vəziyyətdədir, onların yaxından ziyarət edilməsi qadağan olunub.
Bəqi məzarlığının dağıdılmasının 100-cü ildönümüdür
