İraqın rəsmi xəbər agentliyinin verdiyi məlumata görə, səlahiyyətlilər mərasimə qatılanlara tibbi və səhiyyə xidmətləri göstərmək və onların ehtiyaclarını qarşılamaq üçün əllərindən gələni etdiklərini bildiriblər.
Açıqlamada qeyd olunub ki, proqram çərçivəsində səhiyyə müəssisələri Səhiyyə Nazirliyinin Əməliyyat Mərkəzi vasitəsilə koordinasiyalı şəkildə idarə olunacaq.
Proqram çərçivəsində, xüsusilə mərasim zamanı izdihamlı bölgələrə əsas dərman və ləvazimatlarla təchiz olunmuş 101 təcili tibbi yardım maşını yerləşdiriləcək.
Səhiyyə Nazirliyinin göstərişi ilə 8 dövlət xəstəxanası və 4 özəl xəstəxana təcili yardım xəstələrini qəbul etmək üçün ayrılacaq. Həmçinin Həzrət Zeynəb (s) Özəl Cərrahiyyə Mərkəzində tibbi bazalar qurulacaq və ziyarətçilər üçün təmin olunan içməli su və ərzaq paylanmasının nəzarəti üçün 55 səhiyyə qrupu məsul olacaq.
Bu proqramın məqsədi yoluxucu xəstəliklərə qarşı qabaqlayıcı tədbirlər görməkdir. Bu səbəbdən vətəndaşlardan və ziyarətçilərdən səhiyyə müəssisələrinin elan etdiyi sağlamlıq tövsiyə və göstərişlərinə əməl etmələri xahiş olunur.