Axtar

Almaniyanın Göttingen şəhərində İmam Hüseyn (ə) üçün əzadarlıq çadırı qurulub

  • Paylaş:
Almaniyanın Göttingen şəhərində İmam Hüseyn (ə) üçün əzadarlıq çadırı qurulub

“Əl-Kəfil” kanalının xəbərinə görə, Avropadakı Həzrət Abbas (ə) hərəminin nümayəndəsi, bu mərasimlərin Almaniyanın Göttingen şəhərində İmam Hüseynin (ə) şəhadət günü münasibəti ilə keçiriləcəyini və Məhərrəm ayının 10-na qədər davam edəcəyini bildirib.

Əzadarlıq mərasimi proqramlarına Quran tilavəti, İmam Hüseyn (ə) üçün mərsiyə və şerilərin oxunması, camaat namazının qılınması daxildir.

Həzrət Abbas (ə) hərəminin nümayəndəsi onu da əlavə edib ki, Məhərrəm ayının ilk ongünlüyünün gecələrində alman dilində dini çıxışlar olacaq.