“ae.24” saytının verdiyi məlumata görə, Abu Dabi Kitab Sərgisində Adina Gratz Pavilion stendində nümayiş etdirilən 24 karatlıq qızıl kağıza yazılmış nadir və göz oxşayan Quran nüsxəsi göz qamaşdırır.
İraqda tapılan bu 13-cü əsr nüsxəsi dünyada yalnız on nüsxədən biridir və dəyəri 500 min dirhəm olaraq qiymətləndirilir.
Bu nadir nüsxə Qurani-Kərimin günümüzə qədər gəlib çatmış ən qədim nüsxələrindən biridir və səhifələri xalis qızıldan olduğu üçün İraq incəsənətinin şah əsəri hesab olunur.
Sərgidə diqqət çəkən digər əsər isə Leonardo da Vinçi ailəsinə məxsus 1300-cü ilə aid Latın İncilidir. Papa kürsüsü Avinyona köçürülərkən Papa V. Klementin əmri ilə baş katib tərəfindən imzalanmış bu əlyazma Fransanın cənubundan gəlir. Bu kitabın təxmini qiyməti 400.000 dollar olaraq qiymətləndirilir.
Sərgidə həmçinin Qutenberq İncilindən təxminən 1455-ci ilə aid bir səhifə nümayiş etdirildi. Bu, dünyada daşınan metal tipoqrafiyadan istifadə etməklə çap edilən ilk kitab idi. İohannes Qutenberqin ixtira etdiyi bu cihaz rabitə tarixində dönüş nöqtəsini simvollaşdırır.
Abu Dabi Ərəb Dili Mərkəzi tərəfindən təşkil edilən sərgi 26 apreldə qapılarını açdı və 5 may 2025-ci ildə başa çatdı.