Abdullah ibn Səbə əsasən İslam düşmənləri tərəfindən məzhəblərarası qarşıdurmanı gərginləşdirmək üçün uydurulmuş və gündəmə gətirilmiş saxta şəxsiyyətdir. Şiə məzhəbinin guya Abdullah ibn Səbə tərəfindən yaradıldığı iddia edilir. Qeyri-mötəbər mlumatlara görə, guya o, Yəmən əsilli yəhudi olmuşdur. Guya o, Əli ibn Əbu Talibin (ə) xılifəliyini dəstəkləmiş, Osmanın qətli, Cəməl savaşı kimi hadisələri təşkil etmişdir. Guya onun tərəfdarlarını “səbailər”, məzhəbini isə “səbaiyyə” adlandırırdılar. Guya o və tərəfdarları İmam Əlini (ə) tanrılaşdırdığı üçün İmam özü onları tövbəyə məcbur etmiş, tövbə etmədikdə öldürmüşdür. Bəzi kitablarda yazılıb ki, Abdullah özü sağ qalıb Mədainə sürgün olunub. Abdullah ibn Səbanın əslində həqiqətdən uzaq, xəyali bir obraz olduğunu görkəmli Misir alimi mərhum Taha Hüseyn “Böyük fitnə” kitabında qeyd etmişdir. Son onilliklərdə yaşamış cəfəri məzhəbli məşhur tədqiqatçı alim mərhum Əllamə Seyid Mürtəza Əsgəri “Abdullah ibn Səba əfsanəsi” adlı kitabında bu məsələyə aydınlıq gətirmişdir. Alim adıkeçən əsərdə sübuta yetirir ki, Abdullah ibn Səba adlı şəxsiyyətin və banisi hesab edildiyi səbaiyyə firqəsinin mövcudluğunun heç bir əsası yoxdur. Abdullah ibn Səba haqqında bütün mövcud rəvayətlər Təbəri tarixindən götürülüb. Təbəri isə bu rəvayətləri hicri 170-ci ildə (miladi 786-787-ci illərdə) vəfat etmiş Seyf ibn Ömər Təmimi Kufi adlı şəxsin dilindən rəvayət edib. Seyf ibn Ömər yalançı, iftiraçı, hadisələri dəyişdirib əksinə nəql edən ravi kimi tanınır. Əllamə Əsgərinin gəldiyi qənaətə görə, Həzrət Əlinin (ə) tərəfdarlarına “səbaiyyə” deyilməsi ənənəsi Müaviyənin zamanında başlamışdır. Əslində ərəblər Yəmən əsilli şəxsləri ulu əcdadları Səbənin adı ilə “səbəi” adlandırırdılar. İmam Əlinin (ə) tərəfdarları olan böyük şəxsiyyətlərin çoxusu da Cənubi Ərəbistan əsilli idi (Əmmar, Malik Əştər, Hücr ibn Ədiyy və b.) Müaviyənin əlaltıları Əhli-beyt tərəfdarlarını “səbəi” deyə çağırırdılar. Sonrakı dövrlərdə qərəzli məqsədlə “səbəi” ifadəsi Abdullah ibn Səba adlı xəyali şəxsiyyətlə süni formada əlaqələndirildi.