Qulamrza Əvani, fəlsəfə ustadı, İran Hikmət və Fəlsəfə Dərnəyinin keçmiş prezidenti, "Niyə Sührəvərdi?" toplantısında Tehranda "İşraq hikmət"ini İslam dünyasında fəlsəfi məktəblərdən biri kimi tanıtdı.
İslam dünyasında bizim cəmi üç-dörd fəlsəfi məktəbimiz var, necə ki, Yunanıstanda məktəblərin çoxu Sokrata çatmışdır, o cümlədən (Məşşa) Peripatetik məktəb, İşraq məktəbi və (Hikmət Mütaliyə) transsendent hikmət məktəbi. Təbii ki, ona nəzəri mistisizm də əlavə olunarsa, dörd məktəb olur. Sührəvərdinin əhəmiyyətini anlamaq üçün onun yaşadığı dövrə nəzər salmalıyıq. Sührəvərdi 12-ci əsrdə və müasiri İbn Rüşdlə yaşamışdır. Qəzali ondan qırx beş il əvvəl "Təhafətul-Fəlasəfa" kimi kitablar yazaraq filosofları təkfir etmiş və doğru yolu mistisizm kimi tanıtmışdı. İbn Rüşd Aristoteli ihya edib və İbn Sinaya qarşı çıxdı. Beləliklə, Qərb dünyası İbn Rüşdün varisi idi. İbn Rüşd fikrinin yayılması dinin hikmətdən ayrılmasına səbəb oldu.
Coğrafi sahədən hikmətin xilas olması
Beləliklə, fəlsəfəni Qəzali və İbn Rüşdün hökmranlığından xilas edən Sührəvərdi olmuşdur. O, hikməti canlandırdı. Aristotel fəlsəfənin Yunanıstandan olduğuna inanırdı və bu gün bütün fəlsəfi kitablar eyni şeyi deyir. Yeri gəlmişkən, Sührəvərdi fəlsəfə tarixinin yazılmasında mühüm əhəmiyyət kəsb edən bir nəzəriyyə irəli sürmüşdür. O, "Hikməti işraq" kitabının əvvəlində deyir ki, kim haqqı axtararsa, hikmətin "ilahi nurundan" bəhrələnmişdir. O, Aristotelin nəzəriyyəsini rədd edir və deyir ki, elm bir xalqa məxsus deyil ki, başqa millətlərə mələkut qapısının bağlanmasına səbəb olsun. O, həmçinin Allahın mütləq Səxavətli olduğuna inanır və xəsis deyil ki, xalqlardan biliyi əsirgəsin.
Sührəvərdi fəlsəfəyə daha dərindən baxırdı. Aristotelin davamçıları Arqumentativ fəlsəfəsi ilə məşğul idilər. Amma Sührəvərdi inanırdı ki, bundan daha yüksək olan hikmət vardır ki, nəfsi saflaşdırmaqla və zahidliklə əldə edilir. O, zövqi hikmət (intuitiv / hüzuri elm)" kimi tanınır. Bu hikmət mistisizm kimi həqiqətlərin (şühudi elm) intuisiya elmi ilə məşğul olur.
Quran və istidlal
Onun fikrincə, insan hikməti əldə etmək üçün nəfsini paklaşdırmasa, onu əldə edə bilməz. Bu gün məşhur düşüncədə dünyanın dərk edilməsi cismani xüsusiyyətlərə əsaslanır. Sührəvərdiyə görə isə, işləri müəyyən etmək üçün cismani xüsusiyyətlər kifayət etmir. Bu, əşyaların mələkutuna çatır. O, insanın qəriblikdə necə giriftar olduğunu, hikmət və ilahi elmlə necə xilas ola biləcəyini tapır. Hikmətlə bu qəriblikdən xilas olmalı və əsas vətənimizə qayıtmalıyıq. Peyğəmbər (s) buyurub: "Vətəni sevmək imandandır."
Sührəvərdi Qurani-Kərimlə istidlali hikməti birləşdirmişdir. Sührəvərdi hər şeyi hikmət baxışı ilə izah edir. Sonra Quran ayələrindən dəlil olaraq istifadə edir. Onun fikrincə, Quran hikməti və arqumenti ziddiyyət təşkil etmir. Həqiqətdə, hər ikisi vahid bir hikmətin dərəcələridir.
Şeyx İşraq kimi tanınan Şahabəddin Sührəvərdi (1154-1191), Zəncanlıdır və İran tarixinin ən böyük filosoflarından biridir. O, qədim İranın Xosrəvani hikmətini dirçəltdi. Onun əsərlərinin əsas məzmununu Quran, irfani, fəlsəfi, əxlaqi və fiqhi mövzular təşkil edir.