Dinimizdə insanı sərxoş edən hər cür içki növü haram və murdar sayılır. Bir içkinin haram və murdar olmasının meyarı onun kimyəvi tərkibi və daxilindəki elementlər deyil, insanın sağlam düşüncə halını, ayıqlığını pozması və onu sərxoş hala gətirməsidir. Bu baxımdan spirt növlərindən də yalnız içməyə yararlı olan və məstlik gətirən spirtlərın istifadəsi qadağandır. İnsanı sərxoş edən bu spirtlərin içilməsi böyük günahdır, onların bulaşdığı yeri də yuyub pak etmək lazımdır. Amma tibbi və texniki spirt sərxoşluq gətirən içki sayılmadığı üçün murdar deyil. Tibbi spirt deyərkən məsələn iynə vurmazdan qabaq dezinfeksiya məqsədilə bədənə sürtülən, həmçinin kompres kimi istifadə edilən spirt nəzərdə tutulur. Texniki spirt isə əsasən rəngləmə zamanı istifadə edilən, lak və boyalara qatılan və ya onları təmizləmək üçün istifadə edilən spirtdir. Bunların düşdüyü yeri pak etməyə ehtiyac yoxdur.
Tibbi və texniki spirt də murdar sayılır və dəydiyi yer pak edilməlidir?
