İslam şəriətində ov etməyin qaydaları və bir heyvanın ətinin yeyilə bilməsi (halal olması) üçün şərtlər ətraflı şəkildə izah edilib. Ov zamanı heyvan ya silah sayılan alətlə (tüfəng, bıçaq, ox, nizə) öldürülməlidir, bu zaman ovçu heyvanın başı üstə gələndə onun öldüyünü görsə, ətini yeyə bilər. Ya da heyvan silah sayılan alətlə yaralanmalı, ovçu onun başı üstə gələndən sonra şəriətə uyğun şəkildə onun başını kəsməlidir. Yalnız bu zaman ovlanmış heyvanın əti, yağı, dərisi istifadə üçün halal olur. Roqatka (sapand) ov silahı sayılmır, çünki onunla atılan daş ov vasitəsi deyil. Ona görə də sapanddan atılan daş heyvanı (quşu) öldürsə, onun ətini yemək olmaz. Əgər heyvan yaralanıb düşsə, yaxud huşunu itirib yıxılsa, adam onun başı üzərinə çatanda sağ olduğunu görsə, şəriətə uyğun şəkildə başını kəsməlidir. Bundan sonra həmin heyvanın (quşun) əti yeyilmək üçün yararlı olar.
Sapand (roqatka) ilə vurulan quşu yemək olarmı?
