İordaniya Qurani-Kərimin Hifzi Assosiasiyası Quran platformasını işə salmaq üçün bir İT (İnformasiya texnologiyaları üzrə ixtisaslaşmış) şirkəti ilə müqavilə imzalayıb.
Bu icma, Quran platformasının onlayn Quran fəaliyyətlərini inkişaf etdirmək və bu Quran icmasının müxtəlif proqramlarının istifadəçiləri ilə əlaqəni sürətləndirmək üçün istifadəyə veriləcəyini açıqlayıb.
Quran platformasının Quran dərslərinin yazılması və mühafizəsi, tədris materiallarının, kitabların və sənədlərin yüklənməsi, onlayn yazılı testlər, bu cəmiyyətin proqramları və nailiyyətləri və digər xidmətləri göstərəcəyi gözlənilir.
Bu platformada lövhə, ekran paylaşımı, əl qaldırma, video təqdimat, PowerPoint təqdimatı və s. kimi müxtəlif tədris vasitələrindən istifadə edilir.