Axtar

Qəza orucu və yaxud müstəhəb oruc tutan adam gün ərzində öz istəyi ilə orucunu poza bilərmi?

  • Paylaş:
Qəza orucu və yaxud müstəhəb oruc tutan adam gün ərzində öz istəyi ilə orucunu poza bilərmi?

İnsana vacib olan orucları şəriət baxımından üzür olmadan pozmaq günahdır, buna görə həm o günün orucunun qəzasını tutmaq, həm də əksər hallarda kəffarə (cərimə) ödəmək lazım gəlir. Əgər insan Ramazan ayının orucunu hər hansı səbəb üzündən tuta bilməyib sonra qəza edirsə, gün ərzində qəza orucunu zöhrdən (günortadan) əvvəl poza bilər. Bunu etmək günah deyil. Amma qəza orucunu tutmaq üçün vaxt azdırsa (məsələn növbəti Ramazan ayına az qalıbsa), yaxşı olar ki, orucu axıra kimi tutsun. Qəza orucunu zöhrdən sonra pozan adam isə kəffarə olaraq həmin gün üçün on fəqirə yemək verməlidir; bunu edə bilməsə, 3 gün oruc tutmalıdır. Müstəhəb oruca gəlincə, gün ərzində onu davam etdirmək ya pozmaq insanın öz seçiminə bağlıdır. Yəni insan öz istəyinə əsasən, istər zöhrdən əvvəl, istərsə də sonra müstəhəb orucu poza bilər. Hətta başqası tərəfindən yeməyə dəvət olunursa, orucunu pozub dəvəti qəbul etməsi savabdır.