Axtar

Namaz zamanı gülmək və ya ağlamaq namazı batil edirmi?

  • Paylaş:
Namaz zamanı gülmək və ya ağlamaq namazı batil edirmi?

Namazın hökmlərindən biri budur ki, namaz qılan şəxs ucadan, səsli halda gülməsin. İstər qəsdən, istərsə də ixtiyarsız halda, hər hansı səbəb üzündən namaz zamanı ucadan gülmək namazı batil edər və namaz yenidən qılınmalıdır. Səssizcə gülmək və gülümsəmək namazı batil etməsə də, diqqətin yayındığını göstərir və namazın savabını azaldır. Ağlamağa gəlincə, dünya işlərindən ötrü istər ucadan, istərsə də səssiz ağlamaq ehtiyata görə namazı batil edər. Dünya işləri deyərkən, məsələn, kasıblıq, özünün ya başqasının xəstəliyi, yaxın adamın ölümü, küsülülük və s. nəzərdə tutulur. İnsan bunları düşünüb ağlasa, din alimlərinin fikrincə, namazın batil olma təhlükəsi yaranır. Amma Allah qorxusundan, öz günahlarını yada salaraq, cəhənnəm əzabını təsəvvür edərək ağlamaq namazı nəinki pozmaz, əksinə, savabını artırar. Həmçinin, əgər insan Allah qarşısında özünün acizliyini düşünərək və Ondan yardım diləyərək ağlasa da, namaza ziyan gəlməz.