Axtar

Küçədən az qiyməti olan nəyi isə tapıb istifadə etmək olarmı?

  • Paylaş:
Küçədən az qiyməti olan nəyi isə tapıb istifadə etmək olarmı?

Dinimizə görə, küçədə tapılan pul və ya qiymətli əşya onu tapan adamın mülkü sayılmır. Pul və ya qiymətli əşyanın məbləğindən (qiymətindən) asılı olaraq tapan şəxsin vəzifəsi də fərqlidir. Əgər tapılan pul və ya əşya təxminən 2,5 qram gümüşün qiymətindən azdırsa, bu halda tapan adam pulun (malın) sahibini tanımırsa, onu özünə götürə bilər (əgər sahibini tanıyırsa, sahibinə qaytarması lazımdır). Amma daha yaxşı olar ki, sahibi bilinməyən az miqdarda malı (pulu) onun adından sədəqə versin. Əgər malı (pulu) özündə saxlasa, sonra sahibi gəlib tələb etsə, qaytarmalıdır. Əgər küçədə olan əşya heç kiminki sayılmayacaq dərəcədə ucuzdursa və itirən şəxsin onu axtarmayacağı bilinirsə, götürüb mənimsəmək olar. Məsələn, yolda düşən mismar, şrup, düymə, sancaq və s. bu qismə aiddir.