Axtar

İlahi dinlərin kökləri eynidir və Allahın bəndələri qardaşdırlar

  • Paylaş:
İlahi dinlərin kökləri eynidir və Allahın bəndələri qardaşdırlar

Misir Əl-Əzhərinin Şeyxi Əhməd Ət-Tayyib İsgəndəriyyə Papası Papa II Tavadros ilə görüşüb. Onu Yeni il münasibəti ilə təbrik edib.

Əl-Əzhərin Şeyxini salamlayan Roma Papası II Tomas, bayramların həmvətənlər arasında sevgi ifadəsi üçün yaxşı fürsət olduğunu vurğulayıb. Fərqli bayramlarda bir-biri ilə görüşmək bütün cəmiyyəti əhatə edən bir sevgi yaradacaq.

O, qeyd edib ki, şəxsi, ailə, cəmiyyət və dünya sülhünü əhatə edən sülhü yaşatmalıyıq.

Əl-Əzhərin Şeyxi də çıxışında Papa Tavadrosun qeyd etdiyi sülh anlayışı ilə bağlı Yeni ili təbrik edib və deyib: "İsgəndəriyyə Papasının bəhs etdiyi sülh, müsəlmanların dualarında istifadə etdikləri "İlahi, sən salamsan və salam səndəndir ..." ifadəsidir."

O, vurğulayıb ki, bu, bütün ilahi dinlərin köklərinin eyni olduğuna və Allah bəndələrinin hamısının qardaş olduğuna işarədir.