Axtar

Fitrə haqqında ən önəmli Suallara cavablar

  • Paylaş:
Fitrə haqqında ən önəmli Suallara cavablar

1-Fitrə Zəkatını nə vaxt çıxmaq lazımdır?

Cavab: Fitrə zəkatı Fitr Bayramı bəlli olan vaxt, bayram Axşamında çıxılır.

2- Fitrə zəkatının Miqdarı nə qədərdi?

Cavab: Fitrə zəkatı toplum içərisində daha çox yeyilən məhsullardan, Adam başı 3 kilo miqdarında hesablanır.

3- Fitrə zəkatını hansı şeylərdən çıxmaq lazımdır?

Cavab: Hər kəsin süfrəsində daha çox nə olur, bir ay müddətində süfrədə ən çox nə varsa, həmin şeydən Üç kilo miqdarında ayrılmalı və ehtiyacı olan şəxslərə verilməlidir.

Misal üçün əgər bir ay ərzində süfrəmizdə olanlardan daha çox, Düyü, Çörək, Xurma və.s olubsa, Fitrəni də elə həmin şeydən, adam başı Üç kilo miqdarında çıxmalıyıq.

Diqqət: Məhsulun özünü, Üç kilo miqdarında ehyiyacı olana verə bilərik, əgər bu mümkün olmasa, həmin məhsulun maddi dəyərini pul ilə vermək lazımdır.

** Gərək Fitrə Zəkatını öz süfrəmizdə daha çox olan məhsullardan çıxaq. Heç kim evində Buğda və ya Arpa yemir, ona görə də Buğda və Arpa ilə hesablamaq yaxşı deyil. Birdə ki, Fitrə zəkatı ildə bir dəfə verilir, bu baxımdan da bu məsələdə biraz əli açıq olmaq lazımdır ki, ehtiyaclı olan və fəqirlər də Fitrə zəkatından bəhrələnə bilsinlər.

4- Fitrə zəkatını kimə vermək lazımdır?

Cavab: Fitrəni Ehtiyacı olduqlarına Yəqinimiz olan şəxslərə vermək lazımdır. İlk olaraq baxmalıyıq ki, Qohumlar, Qonşular, Yaşadığımız Kənd və Şəhərdə Fəqir və Ehtiyac sahibləri varsa, Fitrəni sıra tərtibi ilə onlara vermək lazımdır.

5- Kimlərin boynunda Fitrə Zəkatını vermək vacibdir?

Cavab: İllik qazancı özünün və ailəsinin xərcini ödəyirsə, həmin şəxsə Fitrə vermək vacibdir. 

Yox əgər illik qazancı özünün və ailəsinin illik xərcini ödəmirsə, ona Fitrə zəkatı vermək vacib deyil. Amma istəsələr onlar da Fitrə verə bilər.

 

Qardabani Şəhərinin İmam Cüməsi, Hacı Elçin Əliyev