Evlənmə şərtləri şəriətimizdə qaydalarla tənzmlənir və bu qaydalar hər iki tərəfin hüquqlarının qorunmasını təmin edir. Qadın kəbin zamanı bəzi şərtlər irəli sürə bilər və bu şərtlər kişinin hüququnun pozulmasına səbəb olmursa, düzgün sayılır. Kişi bu şərti qəbul edirsə, ona gələcəkdə də mütləq əməl etməlidir. Məsələn, qadın kəbin zamanı şərt qoya bilər ki, evlilik müddəti boyunca kişi onu öz şəhərindən kənara aparmasın. Qadın kişinin ondan başqa qadınla evlənməməsini şərt qoya və bunun qarşılığında öz mehriyyəsini (kəbin pulunu) kişiyə bağışlaya bilər. Həmçinin, qadın şərt qoya bilər ki, kişi gələcəkdə onlar arasında qadının istəyi ilə talaq oxunması üçün öz adından vəkilliyi ona versin. Yəni qadının icazəsi olsun ki, istədiyi zaman kişinin vəkili kimi onun tərəfindən özünə talaq oxusun (ya oxutdursun). Diqqət yetirmək lazımdır ki, bu icazə yalnız kişinin adından vəkillik zamanı düzgündür. Əgər qadın öz şərtini başqa cür ifadə etsə, yəni kişidən istəsə ki, istədiyi vaxt öz-özünə talaq oxutsurmasına icazə versin, bu şərt batildir və heç bir dini qüvvəsi yoxdur. Bu şərtlərin hər birini kişi qəbul etmişsə, evliliyin sonuna kimi buna riayət etməlidir.
Evlənən zaman qadın hər hansı xüsusi şərt qoya bilərmi?
