Axtar

Əqiqə qurbanını nə zaman kəsmək və ətini necə istifadə etmək lazımdır?

  • Paylaş:
Əqiqə qurbanını nə zaman kəsmək və ətini necə istifadə etmək lazımdır?

Əqiqə – uşaq dünyaya gəldikdən sonra onun adına kəsilən heyvan qurbanıdır. Müstəhəbdir ki, uşaq doğulandan yeddi gün sonra əqiqə kəsilsin. Bundan sonrakı müddət ərzində də əqiqə kəsmək olar. Hətta kimin üçün uşaqlıqda bu edilməyibsə, böyüdükdən sonra özü üçün əqiqə qurbanı kəsə bilər. Yaxşı olar ki, oğlan uşağı üçün erkək, qız uşağı üçün dişi heyvan kəsilsin (vacib deyil). Əqiqə qurbanın sümüklərini sındırmamaq, oynaqlardan ayırmaq daha çox bəyənilir. Əqiqə qurbanın ətinin dörddə-birini uşağın doğulmasında iştirak etmiş mamaçaya vermək savabdır. Qalan ətdən xörək bişirib möminlərə paylamağın savabı var. Hətta uşağın ailə üzvlərinin həmin ətdən yeməməsi, hamısını ehsan etməsi tövsiyə olunur. Hədislərdə buyurulub ki, əqiqə qurbanı gələcəkdə uşağın başına gələ biləcək bəlaların qarşısını alır və onu qoruyur. 

islam.az