Axtar

Bəzi kitabların əvvəlində və xəttatlıq nümunələrində rast gəlinən “hu” sözünün mnası nədir?

  • Paylaş:
Bəzi kitabların əvvəlində və xəttatlıq nümunələrində rast gəlinən “hu” sözünün mnası nədir?

“Hu” ərəb dilindəki “hüvə” kəlməsinin tələffüz şəklidir. “Hüvə” kəlməsi “o” şəxs əvəzliyini ifadə edir. Təsəvvüf aləmində “hu” sözü Allahın adlarından biri kimi qəbul edılir. Çünki Qurani-Kərimin yüzlərlə ayəsində Allahın barəsində “hüvə”  (O) ifadəsi işlədilmişdir. “Allah” sözü elə nadir kəlmələrdəndir ki, onun hər bir hərfini ixtisar etdikdə yerdə qalan söz yenə Allah-talanı ifadə edir. Məsələn, birinci əlifi götürdükdə “lillah” (Allaha), lam hərfini ixtisar etdikdə “ləh” (Ona), növbəti lam hərfini götürdükdə isə “hu” ifadələri qalır. Təsəvvüf aləmində “hu” kəlməsi Allahın həmişə davam edən gizli zikri kimi dəyərləndirilir. Çünki nəfəsi ciyərlərdən buraxdıqda qeyri-ixtiyari olaraq “hu” səsi yaranır. Bu, insan bədənində Allahın yerləşdirdiyi işarələrdən biridir. “Hu” təsəvvüfdə ən məşhur zikrlərdən biri sayılır. Bəzən bunu başqa sözlərlə birləşdirib zikr kimi söyləyirlər. Məsələn, nəqşbəndiyyə təriqətində “Allah hu, Allah haqq” zikri deyilir. Yəsəviyyə təriqətində isə “hu” zikrininin xüsusi bir forması vardır ki, bunu “zikri-ərrə” (mişar zikri) adlandırırlar. Çünki zikr deyənin sinəsindən qopan səs taxtaya sürtünən mişarın xırıltısını xatırladır.