Axtar

Başqasına faizlə (sələm) pul verən adamla alver etmək, ondan faizsiz borc almaq olarmı?

  • Paylaş:
Başqasına faizlə (sələm) pul verən adamla alver etmək, ondan faizsiz borc almaq olarmı?

Faizlə pul vermək (sələmçilik) İslamda ən böyük günahlardan və haram əməllərdən biridir. Quranda və məsumların hədislərində sələmçilik ən şiddətli şəkildə qınanır. Sələmçiliklə əldə edilmiş pul istifadə üçün haramdır, bu pulla heç nə almaq olmaz. Hansısa pulun sələm (faiz) olduğunu yəqin biliriksə, ondan istifadə edə bilmərik. Amma pulun sələm olduğunu yəqin bilmiriksə, buna sadəcə şübhəmiz varsa, ondan istifadə etmək icazəli olar. Əgər bir şəxsin sələmçiliklə məşğul olduğunu, bununla yanaşı başqa yerdən halal gəliri olduğunu da biliriksə, bizə verdiyi pulun isə dəqiq şəkildə sələm pulu olduğunu bilmiriksə, ondan halal yolla istifadə edə bilərik, məsələn ondan faizsiz borc ala bilərik. Bu zaman niyyətimiz və inamımız bu olmalıdır ki, biz onun sələm pulundan yox, halal pulundan borc alırıq.